Bank Of Baku

Azərbaycan əhalisinin bank əmanətləri ötən il 23% artıb

Azərbaycan əhalisinin bank əmanətləri ötən il 23% artıb
# 19 fevral 2010 10:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda əhalinin banklarda yerləşdirilmiş əmanətlərinin həcmi 2010-cu ilin yanvar ayının 1-i vəziyyətinə 2 334,9 mln. manat təşkil edib və əvvəlki ilin əvvəli ilə müqayisədə 22,7% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumta agörə, əmanətlərin 965,6 mln. manatı və ya 41,4%-i milli, 1 369,3 mln. manatı və ya 58,6%-i isə xarici valyuta şəklində qoyulub. Özəl banklarda yerləşdirilmiş vəsaitlər əmanətlərin ümumi həcminin 76,7%-ni təşkil edib.

Qeyd edək ki, 2010-cu ilin yanvar ayında manatın 1 ABŞ dollarına orta məzənnəsi 0,80 manat, 100 Rusiya rubluna 2,69 manat, 1 avroya isə 1,15 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR