Bank Of Baku

Dövlət Statistika Komitəsi: Ötən il Azərbaycan fond bazarında emissiyanın həcmi 20% azalıb

Dövlət Statistika Komitəsi: Ötən il Azərbaycan fond bazarında emissiyanın həcmi 20% azalıb
# 19 fevral 2010 10:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanın fond bazarında 3,6 mlrd. manatlıq qiymətli kağız buraxılışı qeydiyyata alınıb ki, 2008-ci illə müqayisədə bu göstərici 20,2% azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, qiymətli kağızlar bazarının ümumi emissiyasının 36,1%-ni səhmlər, 36,1%-ni dövlət istiqrazları, 16,1%-ni Mərkəzi Bankın notları, 7,2%-ni veksellər, 4,5%-ni isə korporativ istiqrazlar təşkil edib.

Bu dövr ərzində 503 mln. manatlıq və ya 2008-ci illə müqayisədə 3,25 dəfə çox dövlət istiqrazları, 287,2 mln. manatlıq (4,4 dəfə az) Mərkəzi Bankın notları, 196,6 mln. manatlıq (11,6% az) səhmlər və 53 mln. manatlıq (3,1 dəfə çox) korporativ istiqrazlar Bakı Fond Birjasında keçirilmiş hərraclarda yerləşdirilib.

Qeyd edək ki, 2009-cu ildə nominal dəyəri 67,5 mln. manat olan Mərkəzi Bankın notları, 145,8 mln. manatlıq səhm, 158,1 mln. manatlıq dövlət istiqrazı və 61,9 mln. manatlıq korporativ istiqrazlar tədavüldə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR