Bank Of Baku

«Deka Bank» iki yeni pulköçürmə sisteminə qoşulur

«Deka Bank» iki yeni pulköçürmə sisteminə qoşulur
# 19 fevral 2010 10:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Deka Bank» ASC bu ilin mart ayında daha iki beynəlxalq pulköçürmə sistemi üzrə xidmətlərə başlayacaq. Bunu «APA-Economics»ə açıqlamasında bankın Valyuta əməliyyatları Departamentinin rəisi Ədalət Mirzəyev bildirib.

Ə.Mirzəyevin sözlərinə görə, martın 1-dən etibarən bankın müştəriləri «Contact» və Azərbaycanda ilk dəfə olaraq «Asia Express» beynəlxalq pulköçürmə sistemi üzrə xidmətlərdən istifadə edə biləcək.

Ə.Mirzəyev bildirib ki, hər iki sistem üzrə aparılan əməliyatlar üçün ödənilən komissiya haqqı digər analoji sistemlərdən ciddi fərqlənməyəcək və 1,5-2% təşkil edəcək.

Qeyd edək ki, hazırda bank «Migom», «Western Union», «Bıstraya Poçta» və «PrivatMoney» pulküçürmə sistemləri üzrə xidmət göstərir.

Xatırladaq ki, «Deka Bank» ASC 1992-cu ildə fəaliyyətə başlayıb. Cari ilin yanvar ayıın 1-nə bankın aktivlərinin həcmi 32,434 mln. manat, depozit portfeli 8,526 mln. manat, kredit portfeli 25,701 mln. manat, məcmu kapitalı 12,782 mln. manat, o cümlədən nizamnamə kapitalı 9,594 mln. manat təşkil edib. Bankın hazırda 4 292 müştərisi, 6 filialı, 1 bankomatı və 16 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR