Bank Of Baku

İqtisadi Tədqiqatlar Mərkəzi: Yanvarda Azərbaycanda illik inflyasiya 3,25% olub

İqtisadi Tədqiqatlar Mərkəzi: Yanvarda Azərbaycanda illik inflyasiya 3,25% olub
# 19 fevral 2010 11:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) «Alternativ inflyasiya səviyyəsinin hesablanması və modellərin işlənilməsi» layihəsi çərçivəsində Azərbaycanın 22 regionunda 2010-cu ilin yanvar ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb.

İTM-dən «APA-Economics»ə verilən məlumata görə, aparılmış statistik müşahidələrin nəticəsi göstərib ki, 2010-cu ilin ilk ayında Azərbaycanda 1,06%-lik inflyasiya qeydə alınıb. Ötən ilin yanvarına nisbətən ölkədə istehlak qiymətləri indeksi 3,25% artıb.

Cari ilin yanvar ayı ərzində ərzaq məhsulları üzrə ən çox bahalaşma meyvə-tərəvəz (6,25%), şəkər, çay və ədviyyatda (3,86%), ən çox ucuzlaşma isə qeyri-ərzaq məhsullarından tikinti materiallarında (0,65%) qeydə alınıb.

Qeyd edək ki, Dövlət Statistika Komitəsi 2010-cu ilin yanvar ayında ölkədə 0,5%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 1,8% inflyasiyanın müşahidə olunduğunu elan edib. Cari ilin sonuna hökumət 3%-dək inflyasiya proqnozlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR