Bank Of Baku

«DəmirBank» funt sterlinqlə plastik kartlar təklif edir

«DəmirBank» funt sterlinqlə plastik kartlar təklif edir
# 19 fevral 2010 11:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC müştərilərə funt sterlinq valyutası (GBP) ilə Visa plastik kartlarını təqdim etməyə başlayıb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu, müştərilərə Azərbaycanda və xarici ölkələrdə plastik kartla funt sterlinq valyutasında əməliyyatlar aparmağa imkan yaradır.

Bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarovun sözlərinə görə, yeni valyuta ilə əməliyyatlar bankın plastik kart biznesinin inkişafı konsepsiyasına əsasən tətbiq edilib. «Konsepsiyaya uyğun olaraq, plastik kartlar üzrə bir sıra digər yeniliklər də gözlənilir. Bu yeniliklər kartlardan rahat istifadəyə, kartlar üzrə xidmətlərin genişlənməsinə və müştəri xidmətinin yaxşılaşmasına xidmət edəcək», – deyə Y.Cabbarov bildirib.

Qeyd edək ki, «DəmirBank» müştərilərə plastik kartlar üzrə 38 günədək faizsiz kredit xətti, kartın individual dizayn ilə sifarişi, «Ekspress-Kart» xidməti, «Card-to-Card» və digər bank xidmətlərini təklif edir.

Xatırladaq ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR