Bank Of Baku

«Qala Sığorta» şirkəti xidmət növlərinin çeşidini genişləndirir

«Qala Sığorta» şirkəti xidmət növlərinin çeşidini genişləndirir
# 19 fevral 2010 13:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qala Sığorta» şirkəti «Səfər sığortası» və «Maliyyə risklərinin sığortası» növlərinə icazə ilə bağlı hazıladığı qaydaları bu ilin mart ayının sonunadək Maliyyə Nazirliyinə təqdim edəcək.

Şirkfətin İdarə Heyətinin sədri Abbas Babayevin «APA-Economics»ə verdiyi məlumata görə, mövcud sığorta növləri sırasına «Səfər sığortası» və «Maliyyə risklərinin sığortası» növləri daxil ediləcək və bununla da şirkətin könüllü sığorta xidmət növlərinin sayı 8-ə çatacaq: «Bildiyiniz kimi, istənilən növlərə icazə ilə bağlı qaydalar Maliyyə Nazirliyinin Dövlət Sığorta Xidməti tərəfindən deyil, artıq sığorta şirkətləri tərəfindən hazırlanır. Əvvəllər isə bu qaydalar müvafiq qurum tərəfindən hazırlanıb. Qaydalar təsdiq edildikdən sonra bu ilin aprel ayından hər iki növ üzrə xidmətlərin göstərilməsinə iczə alınacaq».

Qeyd edək ki, hazırda şirkət 6 könüllü və 5 icbari sığorta növləri üzrə xidmət göstərir.

Xatırladaq ki, 2008-ci ilin iyul ayının 31-də «Qala Sığorta» şirkətinə Maliyyə Nazirliyi tərəfindən müddətsiz lisenziya verilib. Şirkətin təsisçiləri rolunda «AzRe» təkrarsığorta şirkəti (60%) və 1 fiziki şəxs (40%) çıxış edir. Ötən il ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 0,09 mln. manat, ödənişləri isə 0,003 mln. manat təşkil edib. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 1 mln. manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR