Bank Of Baku

«Azərsığorta» bu il daxilolmaları artırmaq niyyətindədir

«Azərsığorta» bu il daxilolmaları artırmaq niyyətindədir
# 20 fevral 2010 11:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti 2010-cu il ərzində sığorta haqlarının həcmini 4% artıraraq 27 mln. manata çatdıracağını proqnozlaşdırır. Bunu «APA-Economics»ə açıqlamsında şirkətin İdarə Heyətinin sədr müavini Aftandil Hacıyev bildirib.

A.Hacıyevin sözlərinə görə, 2009-cu ilin yekunlarından fərqli olaraq, 2010-cu il ərzində əlavə 1 mln. manatlıq sığorta yığımı gözlənilir: «Sığorta ödənişləri ilə bağlı konkret rəqəm söyləməkdə çətinlik çəkirəm».

Xatırladaq ki, «Azərsığorta» şirkəti 1991-ci ildən fəaliyyət göstərir. Ötən il ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 26 mln. manat, ödənişlərin həcmi isə 12 mln. manat təşkil edib. Hazırda şirkət 8 icbari və 20 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR