Bank Of Baku

Cavanşir Abdullayev: «Azərbaycan bank sektorunda müflisləşmə təhlükəsi yoxdur»

Cavanşir Abdullayev: «Azərbaycan bank sektorunda müflisləşmə təhlükəsi yoxdur»
# 20 fevral 2010 12:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Qlobal maliyyə böhranının təsiri ilə bağlı digər ölkələrdən fərqli olaraq Azərbaycanda fəaliyyət göstərən bankların müflisləşməsi təhlükəsi yoxdur. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev bildirib.

C.Abdullayevin sözlərinə görə, hazırda Azərbaycanın bank sektorunda kifayət qədər likvidlik yaranıb və bu likvidlik meyli cari ilin sonunadək davam edəcək. Bu isə bankların gəlirliyinə mənfi təsir göstərəcək. «Hazırda ölkənin bank sektorunda artıq likvidlik olduğuna görə, builki əsas istiqamət əmanətlər və kreditlər üzrə faiz dərəcələrinin azaldılmasına yönələcək. Çünki banklar cəlb etdiyi vəsaitlərin yerləşdirilməsində xüsusi ehtiyatlanma nümayiş etdirir. Bu isə təbii olaraq bir tərəfdən depozit portfelinin artmasına, xüsusən də əmanətlərin sığortalanan hissəsinin genişlənməsinə, eyni zamanda kreditlər üzrə risklərin yüksək olması banklar tərəfindən əmanətlər üzrə faiz dərəcələrini aşağı salmasına gətirib çıxaracaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR