Bank Of Baku

«Omni Finance» ötən il müştəri bazasını 15% genişləndirib

«Omni Finance» ötən il müştəri bazasını 15% genişləndirib
# 22 fevral 2010 09:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Omni Finance» qeyri-bank kredit təşkilatının kredit portfelinin həcmi 2010-cu ilin əvvəlinə 350 min manat təşkil edib ki, bu da 2008-ci ilin yekunları ilə müqayisədə 10% çoxdur.

Təşkilatın İdarə Heyətinin sədri Emin Sadıqovun «APA-Economics»ə verdiyi məlumata görə, hesabat ilində təşkilatın aktivlərinin həcmi 30% artaraq 200 min manata, müştərilərin sayı isə 15% artaraq 100 nəfərə çatıb. Portfelin diversifikasiyasında biznesin inkişafı üzrə verilən kreditlər 80%, istehlak kreditləri isə 20% təşkil edir. Təşkilat tərəfindən təklif olunan kreditlər illik 27-30% dərəcəsilə ayrılır.

Xatırladaq ki, təsisçisi 3 yerli fiziki şəxs olan «Omni Finance» 2003-cü ildə «Mikromaliyyə» MMC kimi dövlət qeydiyyatına alınıb. Ötən ilin oktyabr ayından etibarən təşkilat adını dəyişərək «Omni Finance» MMC olub. Hazırda şirkətin Beyləqan, Ağcabədi və Sumqayıt filialları fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə qurumun nizamnamə kapitalının həcmi 150 min manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR