Bank Of Baku

Yanvarda Azərbaycanın uzaq xarici ölkələrlə ticarət dövriyyəsində müsbət saldo 4,5 dəfə artıb

Yanvarda Azərbaycanın uzaq xarici ölkələrlə ticarət dövriyyəsində müsbət saldo 4,5 dəfə artıb
# 22 fevral 2010 10:12 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar ayında Azərbaycanın uzaq xarici ölkələrlə ticarət dövriyyəsində 1 072 121,7 min ABŞ dolları məbləğində müsbət saldo, MDB ölkələri ilə ticarət dövriyyəsində isə 7 873,3 min dollar - mənfi saldo yaranıb. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Hesabat dövründə uzaq xarici ölkələrlə ticarət dövriyyəsindəki müsbət saldo 4,5 dəfə artıb, MDB ölkələri ilə ticarətdə mənfi saldo 9,3 dəfə azalıb.

Hesabat dövründə Azərbaycandan uzaq xarici ölkələrə 1 311 059,1 min, MDB ölkələrinə isə 117 018,2 min dollar dəyərində ixracat gerçəkləşdirilib. Uzaq xarici ölkələrə ixracat 2009-cu ilin yanvar ayı ilə müqayisədə 2,1 dəfə, MDB ölkələrinə ixracat isə 83,8% artıb.

Eyni zamanda, uzaq xarici ölkələrdən 238 937,3 min, MDB ölkələrindən isə 124 891,5 min dollar dəyərində əmtəə idxal edilib. İdxalda müvafiq olaraq 59,7% və 9,7% azalma baş verib.

Hesabat dövründə uzaq xarici ölkələrə əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 97,85%), MDB ölkələrinə mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 58,40%) və digər əmtəələr ixrac edilib.

Uzaq xarici ölkələrdən isə quru nəqliyyat vasitələri, avadanlıqlar və mexaniki qurğular, elektrik maşınları və avadanlıqları, onların hissələri, MDB ölkələrindən avadanlıqlar və mexaniki qurğular, dənli bitkilər, oduncaq və ondan hazırlanan məmulatlar və s. idxal olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR