Bank Of Baku

Araşdırma: Azərbaycan iqtisadiyyatı əsasən yerli istehsal hesabına təmin olunur

Araşdırma: Azərbaycan iqtisadiyyatı əsasən yerli istehsal hesabına təmin olunur
# 22 fevral 2010 11:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan iqtisadiyyatının idxaldan asılı olması artıq aksiomaya çevrilib ki, bu fikir iqtisadiyyatı xarakterizə edən amillərdən biridir. Lakin «APA-Economics»in apardığı hesablamalar tam əksini göstərir.

Belə ki, 2009-cu il ərzində Azərbaycana idxal olunan malların ümumi dəyəri 6,1 mlrd. ABŞ dolları təşkil edib. Ötən ilin ortalama məzənnəsi ilə bu göstərici təxminən 4,9 mlrd. manata bərabərdir. Eyni zamanda, keçən il ərzində ümumi pərakəndə ticarət dövriyyəsinin həcmi 11,8 mlrd. manat təşkil edib. Beləliklə, idxalın pərakəndə ticarətdə xüsusi çəkisi 42%-ə bərabərdir. Lakin bu o halda mümkündür ki, idxal bütövlüklə pərakəndə ticarət şəbəkəsinə daxil edilir.

Reallıqda isə Azərbaycana idxal olunan malların yalnız bir qismi son nəticədə pərakəndə ticarət dövriyyəsinə daxil edilir. Çünki idxalın müəyyən hissəsini istehsalat üçün xammal, avadanlıq, ehtiyat hissələri və bu kimi s. mallar təşkil edir. Nəticədə, son istehlak üçün təqdim edilən idxalın pərakəndə ticarətdə olan xüsusi çəkisi daha da azalır.

Dünya praktikasında və makroiqtisadi təhlildə «idxaldan asılı iqtisadiyyat» anlayışı olsa da, bunu xarakterizə edən dəqiq göstərici - idxalın ölkədaxili əmtəə ticarətində xüsusi çəkisi müəyyənləşdirilməyib. Qeyri-rəsmi olaraq bu limit təxminən 70-75% səviyyəsində qəbul edilir. Göründüyü kimi, birbaşa satışa yönəldilməyən idxal da nəzərə alındığı halda, Azərbaycanda bu göstərici 2 dəfədən çox azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR