Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının sədri BVF missiyasının rəhbəri ilə görüşüb

Azərbaycan Mərkəzi Bankının sədri BVF missiyasının rəhbəri ilə görüşüb
# 22 fevral 2010 13:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Nienke Oomesin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, görüşdə qlobal maliyyə böhranı şəraitində Mərkəzi Bankın antiböhran fəaliyyəti, xüsusilə məzənnə siyasəti yüksək qiymətləndirilib, post-krizis dövrünün pul və maliyyə sabitliyi strategiyaları geniş müzakirə edilib. Missiya rəhbəri 2009-cu ildə Azərbaycanın dünyada ən yüksək iqtisadi artıma malik ölkə olduğunu qeyd edib, makroiqtsadi və maliyyə sabitliyinin qorunmasında AMB-nin siyasətinin yüksək çevikliyini vurğulayıb.

AMB sədri ölkənin qlobal böhran başlamamışdan öncəki iqtisadi mənzərəsi, 2009-cu ildəki məzənnə siyasəti, iqtisadiyyata likvidlik dəstəyi məqsədilə pul siyasətinin korreksiyası, eləcə də maliyyə sabitliyinin gücləndirilməsi üçün görülmüş makroprudensial və nəzarət tədbirləri barədə ətraflı məlumat verib.

Görüş zamanı həmçinin, qarşılıqı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR