Bank Of Baku

«Bank Standard»ın «Uduşlu pul köçürməsi» aksiyasının növbəti tirajı Lənkəranda keçiriləcək

«Bank Standard»ın «Uduşlu pul köçürməsi» aksiyasının növbəti tirajı Lənkəranda keçiriləcək
# 22 fevral 2010 13:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Standard» QSC-nin «Uduşlu pul köçürməsi» aksiyasının ikinci tirajı bankın «Lənkəran» filialında keçiriləcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu tirajıda bankda təcili pulköçürmə sistemləri vasitəsilə pul köçürən və ya alan müştəriləri üçün 1 ədəd 106 sm (42 düym) diaqonallı mayekristal ekranlı televizor oynanılacaq.

Bankın «Uduşlu pul köçürməsi» aksiyasında 1000 dollar (avro) və ya 30 min rubl və daha artıq məbləğdə pul köçürən və alan müştərilər iştirak edirlər.

Qeyd edək ki, aksiya «Bank Standard»da fəailiyyət göstərən bütün təcili pulköçürmə sistemlərini («Western Union», «Xpress Money», «Privat Money», «Faster», «Bıstraya Poçta», «Contact», «Migom» və «Zolotya Korona») əhatə edir.

Aksiyanın ikinci tirajı cari ilin fevral ayının 25-də saat 17:00-da «Bank Standard»ın «Lənkəran» filialında müstəqil komissiyanın nəzarəti altında keçiriləcək.

Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» QSC 1995-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 17 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR