Bank Of Baku

«Omni Finance» əlavə istiqraz emissiyası həyata keçirəcək

«Omni Finance» əlavə istiqraz emissiyası həyata keçirəcək
# 23 fevral 2010 06:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Omni Finance» qeyri-bank kredit təşkilatı bu ilin mart ayı ərzində əlavə 500 min manat həcmində istiqraz emissiyasını həyata keçirmək niyyətindədir.

Təşkilatın İdarə Heyətinin sədri Emin Sadıqovun «APA-Economics»ə verdiyi məlumata görə, 500 ədəd sayla buraxılması nəzərdə tutulan bir istiqrazın nominal dəyəri 1000 manat təşkil edəcək. Artıq yaxın günlərdə emissiya prospektinin dövlət qeydiyyatına alınması gözlənilir.

Xatırladaq ki, təsisçisi 3 yerli fiziki şəxs olan «Omni Finance» MMC 2003-cü ildə dövlət qeydiyyatından «Mikromaliyyə» MMC kimi keçib. Ötən ilin oktyabr ayından etibarən təşkilat adını dəyişib. Hazırda şirkətin Beyləqan, Ağcabədi və Sumqayıt filialları fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə qurumun nizamnamə kapitalının həcmi 150 min manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR