Bank Of Baku

Gələn ay «Finans Lizinq»in səhmdarlarının iclası keçiriləcək

Gələn ay «Finans Lizinq»in səhmdarlarının iclası keçiriləcək
# 23 fevral 2010 07:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev- APA-Economics. Bu ilin mart ayının 26-da «Finans Lizinq» ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

«Finans Lizinq» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, iclasda şirkətin 2009-cu ildəki fəaliyyətinin maliyyə nəticələrinin təsdiqi və digər məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, «Finans Lizinq» ASC 2007-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 1,2 mln. manat təşkil edir. Şirkətin səhmdarları sırasında hüquqi şəxs yoxdur. Şirkətin Müşahidə Şurasına Zakir Zeynalov (sədr), Mobil Şərifov (üzv, «ADA Group»un baş icraçı direktoru) və Zülfüqar Niftiyev (üzv, Azərbaycan Beynəlxalq Bankı Quba filialının müdiri) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR