Bank Of Baku

«Bank of Azerbaijan»: Bəzi KİV-də dərc olunan məlumatlar həqiqətə uyğun deyil

«Bank of Azerbaijan»: Bəzi KİV-də dərc olunan məlumatlar həqiqətə uyğun deyil
# 23 fevral 2010 08:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Bank of Azerbaijan» ASC son zamanlar bəzi Kütləvi İnformasiya Vasitələrində bankın filiallarında qəbul olunan əmanətlərin qeydə alınmaması barədə yanlış məlumatların dərc olunması ilə bağlı bəyanat yayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bəyanatda ictimaiyyətə, o cümlədən bankın müştərilərinə bu məlumatların əsassız olduğu və həqiqətə uyğun olmadığı bildirilib.

Bəyanatda həmçinin «Bank of Azerbaijan»ın baş ofisində və ölkə üzrə fəaliyyət göstərən 13 filialında qəbul olunan bütün əmanətlərin və verilən kreditlərin qeydə alındığı və Azərbaycan Mərkəzi Bankının bu barədə məlumatlı olduğu qeyd edilib.

Qeyd edək ki, «Bank of Azerbaijan» hazırda dinamik inkişaf mərhələsindədir və fəaliyyətinin bütün sahələri üzrə islahatlar aparır. Bankın filial şəbəkəsi optimallaşdırılır, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində işlər görülür, yeni məhsullar bazara təqdim olunur. Bu dəyişikliklərin tərkib hissəsi olaraq bu yaxınlarda bankdakı kredit faizləri və müvafiq olaraq əmanətlər üzrə faiz dərəcələri azaldılıb. Bu dəyişikliklər bəzi KİV tərəfindən yanlış istiqamətə yozulub və bankın filiallarında qəbul olunan əmanətlərin qeydə alınmaması kimi yanlış məlumatların yayılmasına səbəb olub.

Xatırladaq ki, səhmdarları «NEM Holding» və 2 fiziki şəxs olan «Bank of Azerbaijan» SKB 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 144 mln. manat, nizamnamə kapitalı isə 15 mln. manatdır. Hazırda bankın respublika üzrə 13 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR