Bank Of Baku

Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyəti Azərbaycanın Sumqayıt şəhərində olub

Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyəti Azərbaycanın Sumqayıt şəhərində olub
# 23 fevral 2010 09:08 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndə heyətini qəbul edib. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

V.Əliyev AYİB nümayəndə heyətinə Sumqayıt şəhərində sənayenin inkişafı və ətraf mühitin mühafizəsi üzrə görülən işlər barədə məlumat verib. Şəhər rəhbəri bildirib ki, Sumqayıtda məişət tullantılarının toplanması, daşınması və poliqonda yerləşdirilməsini əhatə edən kompleks idarəçilik 2009-cu ildən fəaliyyətə başlayan Sumqayıt şəhər Təmizlik Departamenti tərəfindən həyata keçirilir. Ötən müddət ərzində şəhərdə fəaliyyət göstərən əksər sahibkarlıq subyektləri, eləcə də idarə, müəssisə və təşkilatlar tərəfindən 3 mindən artıq tullantı konteyneri alınıb və müvafiq müqavilələr imzalanıb. Şəhərdə məişət tullantılarının toplanması və daşınmasının tam təmin edilməsi məqsədilə Almaniya, Fransa və Avstriya təcrübəsi öyrənildiyini və tətbiq edildiyini, bu sahədə Almaniya istehsalı olan yeni maşın və mexanizmlərdən istifadə olunduğunu vurğulayan V.Əliyev Sumqayıtda yığılan tullantıların bərk məişət tullantıları poliqonunda yerləşdirildiyini bildirib. Şəhər rəhbəri poliqon ərazinin 10 hektara yaxın hissəsinin tamamilə hamarlandığını və ərazinin torpaqla örtüldüyünü, 5 hektar ərazidə yeni müasir standartlara uyğun poliqon inşa edildiyini və bütövlükdə ərazidə analizlər aparıldığını, müəyyənləşdirilmiş və emal müəssisələrinin yerləşdirilməsi üçün ərazilər hazırlandığını qeyd edib.

Görüşdə infrastruktur layihələri, ətraf mühitin mühafizəsi məsələləri və məişət tullantılarının toplanması və emalı layihəsi barədə müzakirələr aparılıb. AYİB nümayəndə heyəti Sumqayıt şəhər Təmizlik Departamenti və poliqonla tanış olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR