Bank Of Baku

«DəmirBank» «Gənclərlə səmərəli iş fəaliyyəti» nominasiyası üzrə Fəxri Diplomla təltif edilib

«DəmirBank» «Gənclərlə səmərəli iş fəaliyyəti» nominasiyası üzrə Fəxri Diplomla təltif edilib
# 23 fevral 2010 10:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «DəmirBank» ASC “Gənclərin Dostu” Milli Mükafatı çərçivəsində “Gənclərlə səmərəli iş fəaliyyəti” nominasiyası üzrə Fəxri Diplomla təltif edilib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, Fəxri Diplom Gənclər Mərkəzi İctimai Birliyi tərəfindən onun təşkilatçılığı ilə keçirilən və müxtəlif təşkilatların, eləcə də bir sıra millət vəkillərinin iştirak etdiyi tədbirdə təqdim edilib.

Bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarovun sözlərinə görə, «DəmirBank»ın Fəxri Diplomla təltif edilməsi onun uğurlu fəaliyyəti, gənclərə xüsusi xidmətlərin və imkanların təqdim edilməsi (Xaricdə təhsil alanlara Pulsuz Kart proqramı və s.), bankda çoxsaylı gənc əməkdaşların işləməsi, gənclərin xaricdə magistr dərəcəsi üzrə təhsilinin maliyyələşdirilməsi, həmçinin gənclər və təhsil təşkilatları ilə əməkdaşlıq kimi amillər nəzərə alınıb.

Qeyd edək ki, «DəmirBank» sosial yönümlü fəaliyyətinə görə müxtəlif nominasiyalarda Fəxri Diplomla da təltif edilib. Belə ki, ötən ilin oktyabr ayında «Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı»nın 5 illiyinə həsr olunmuş tədbirdə bank «Pul-kredit və bank xidmətləri» sahəsində Fəxri Diploma layiq görülüb.

Xatırladaq ki, «DəmirBank» (əvvəlki adı “Azərdəmiryolbank”) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Cari ilin yanvar ayının 1-nə banklın aktivlərinin həcmi 266,034 mln. manat, depozit portfeli 95,247 mln. manat, kredit portfeli 198,989 mln. manat, məcmu kapitalı 46,587 mln. manat, o cümlədən nizamnamə kapitalı 18,400 mln. manat təşkil edib. Bankın hazırda 29 filialı, 47 bankomatı və 259 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR