Bank Of Baku

Yanvarda Azərbaycanda toplanan sığorta haqlarının ümumi həcmi 19 mln. manata çatıb

Yanvarda Azərbaycanda toplanan sığorta haqlarının ümumi həcmi 19 mln. manata çatıb
# 23 fevral 2010 12:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Cari ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının həcmi 18,92 mln. manat təşkil edib.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə həyata keçirilən sığorta ödənişlərinin ümumi həcmi 2,87 mln. manata çatıb.

Bu müddət ərzində həyat sığortası üzrə daxilolmaların həcmi 64,976 min manat, qeyri-həyat sığortası üzrə 16,806 mln. manat, icbari sığorta növləri üzrə isə 2,051 mln. manat olub.

Ödənişlərə gəldikdə isə həyat sığortası üzrə 8,9 min manat, qeyri-həyat sığortası üzrə 2,431 mln. manat, icbari sığorta növləri üzrə isə 427 min manat həcmində ödəniş aparılıb.

Bundan başqa, daxilolmaların strukturunda ən çox sığorta haqqı «Hava nəqliyyatı vasitələrinin sığortası» (5,111 mln. manat), «Hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası» (3,410 mln. manat), «Tibbi sığorta» (2,666 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (2,248 mln. manat) və «Əmlakın yanğından və digər risklərdən sığortası» (1,734 mln. manat) növləri üzrə toplanıb. Bu növlərin məcmu sığorta haqlarında payı müvafiq olaraq 27,01%, 18,02%, 14,08%, 11,88% və 9,16% təşkil edib.

Ödənişlərdə isə ən çox vəsait «Tibbi sığorta» (1,022 mln. manat və ya 35,65%) və «Avtonəqliyyat vasitələrinin sığortası» (981,347 mln. manat və ya 34,23%) növləri üzrə ödənilib.

Qeyd edək ki, Azərbaycanda 28 sığorta təşkilatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR