Bank Of Baku

«A-Group» sığorta şirkətinin daxilolmaları ötən il 4% azalıb

«A-Group» sığorta şirkətinin daxilolmaları ötən il 4% azalıb
# 24 fevral 2010 07:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «A-Group» sığorta şirkətinin 2009-cu il ərzində topladığı sığorta haqlarının həcmi 7,411 mln. manat təşkil edib ki, bu da 2008-ci ilin yekunları ilə müqayisədə 4,4% azdır.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində şirkətin sığorta riskləri üzrə ödənişləri 52,8% artaraq 5,102 mln. manata çatıb.

Şirkətdən bildirilib ki, hesabat dövründə sığorta haqlarının strukturunda ən çox sığorta haqqı «Tibbi sığorta» növü üzrə toplanılıb.

Xatırladaq ki, təsisçisi bir yerli fiziki şəxs olan «A-Group» sığorta şirkəti 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 1,550 mln. manat təşkil edib. Hazırda «A-Group» sığorta şirkəti 14 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR