Bank Of Baku

«Azər-Türk Bank» yeni baş ofisə köçür

«Azər-Türk Bank» yeni baş ofisə köçür
# 24 fevral 2010 08:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Azər-Türk Bank» ASC yaxın günlərdə yeni baş ofisə köçmək niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədr müavini Süleyman Bəkirov bildirib.

S.Bəkirovun sözlərinə görə, bank tərəfindən icarəyə götürülən yeni ofis Xocalı pr-ti,55 ünvanında yerləşir. Hazırda isə bank İslam Səfərli küçəsi,5 ünvaında fəaliyyət göstərir.

Xatırladaq ki, «Azər-Türk Bank» ASC 1995-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda Türkiyənin «Ziraat Bankası» (46%), «Ziraat Bank İnternational AG» (4%) və Azərbaycanın «Aqrarkredit» bank olmayan kredit təşkilatı (46%), «Turan Bank» ASC (4%) çıxış edir.

Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 57,281 mln. manat, kredit portfeli 29,254 mln. manat, depozit portfeli 35,488 mln. manat, məcmu kapitalı 12,048 mln. manat, o cümlədən nizamnamə kapitalı 10 mln. manat təşkil edib. Hazırda bankın ölkə üzrə 3 filialı (Bakı, Naxçıvan, Gəncə), 4 bankomatı və 21 POS-terminalı fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın işçilərinin sayı 105 nəfər, müştərilərinin sayı isə 17 396 nəfər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR