Bank Of Baku

Ötən il Azərbaycanda əmək qanunvericiliyinin pozulmasına görə 1,5 mln. manat maliyyə sanksiyası tətbiq olunub

Ötən il Azərbaycanda əmək qanunvericiliyinin pozulmasına görə 1,5 mln. manat maliyyə sanksiyası tətbiq olunub
# 24 fevral 2010 09:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ötən il Azərbaycanda əmək müqaviləsi bağlamadan vətəndaşları işə cəlb edən 1 312 vergi ödəyicisi aşkarlanıb. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyindən məlumat verilib.

Nəzarət tədbirləri nəticəsində həmin vergi ödəyiciləri və vergi orqanlarında uçota durmayan şəxslər tərəfindən 2 051 nəfəri əmək müqaviləsi bağlanılmadan işlərə cəlb etdiyi müəyyənləşdirilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Vergi Məcəlləsinə müvafiq olaraq 1,502 mln. manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR