Bank Of Baku

«Parabank» beynəlxalq pul köçürmələrinin limitini artırıb

«Parabank» beynəlxalq pul köçürmələrinin limitini artırıb
# 24 fevral 2010 09:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanının «Parabank» ASC «Western Union» təcili pulköçürmə sistemi vasitəsi ilə göstərilən xidmətlərində yeniliklər tətbiq edib. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumaya görə, artıq müştərilər «Western Union» sistemi üzərindən «Parabank» vasitəsi ilə dünyanın istənilən nöqtəsinə sərbəst şəkildə 500 dollar deyil, 1000 dollar məbləğində vəsaiti hesab açmadan xaricə köçürə bilərlər.

Qeyd edək ki, «Parabank» ASC 2002-ci ildən Azərbaycanda «Western Union» beynəlxalq təcili pulköçürmə sisteminin birbaşa agentidir. Hazırda Azərbaycanda 933 «Western Union» məntəqələri fəaliyyət göstərir ki, bunun 387-si «Parabank»ın vasitəsilə bu sistemə qoşulub.

Xatırladaq ki, «Parabank» ASC «Western Union» sistemi ilə yanaşı «Contact», «PrivatMoney», «Migom», «Caspian Money Transfer» və «BıstrayaPoçta» təcili pulköçürmə sistemlərinin xidmətlərindən istifadə edir.

Təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 88,571 mln. manat, depozit portfeli 56,428 mln. manat, kredit portfeli 59,222 mln. manat, məcmu kapitalı 11,535 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,070 mln. manat olub. Bankın ölkə üzrə 15 filialı, 10 bankomatı və 126 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR