Bank Of Baku

Ötən il Azərbaycanda vergi ödəyicilərinin borclarının xüsusi çəkisi azalıb

Ötən il Azərbaycanda vergi ödəyicilərinin borclarının xüsusi çəkisi azalıb
# 24 fevral 2010 10:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ötən il Azərbaycanda vergi ödəyicilərinin borclarının xüsusi çəkisi 0,7 faiz bəndi azalaraq 2010-cu il 1 yanvar tarixinə 12,7%-ə enib. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyindən məlumat verilib.

Vergi borclarının alınması məqsədi ilə ötən il 77 711 borclu vergi ödəyicisinə bildiriş göndərilib. Hesabı olan vergi ödəyicilərinin bank hesablarına icra sənədi olan sərəncam verilib və borclu vergi ödəyicilərinin 1 253,5 mln. manat borca görə əmlakının siyahıya alınması barədə 32 692 qərar açılıb.

Ötən il 1 yanvar tarixinə borcu olan 12 672 vergi ödəyicisindən 4 525-nin, həmçinin hesabat ili ərzində yeni borcu yaranmış 76 158 vergi ödəyicisinin 64 361-nin borcu tamamilə ləğv edilib.

Hesabat ilində dövlət büdcəsinə yaranmış borcların alınması məqsədi ilə əmlakın siyahıya alınması barədə açılmış qərarlar 26 377 halda borclar ləğv edildiyinə görə bağlanıb. Həmçinin, 2 468 halda əmlakın siyahıya alınması barədə 26,3 mln. manat məbləğində protokollar tərtib olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR