Bank Of Baku

«DəmirBank» son bir ildə əmanətlərin həcmini 64% artırıb

«DəmirBank» son bir ildə əmanətlərin həcmini 64% artırıb
# 24 fevral 2010 12:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin fevral ayının 1-nə 261,6 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 20,4% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfelinin həcmi 11,75% artaraq 187,3 mln. manata çatıb.

Həmçinin, bankda müştəri depozitlərinin həcmi fevralın 1-nə 88,5 mln. manat, o cümlədən əhalidən cəlb olunan əmanətlərin həcmi 72,5 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin fevral ayı ilə müqayisədə 64,3% çoxdur.

Qeyd edək ki, bankın məcmu kapitalı fevralın əvvəlinə 47,9 mln. manat, o cümlədən nizamnamə kapitalı 18,4 mln. manat təşkil edib.

Xatırladaq ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR