Layihənin əsas məqsədi Azərbaycandakı bankların maliyyə-təsərrüfat fəaliyyəti və onun nəticələri haqqında ictimaiyyətin və potensial investorların məlumatlandırılmasıdır.
Layihənin ilk komponenti bankların aktivlər üzrə renkinqinin tərtib olunmasıdır. Aşağıdakı cədvəldə ölkədəki banklar aktivlərin həcminə (01.01.2010-cu il vəziyyətinə) görə sıralanıb:
(mln. AZN)
Banklar |
Aktivlər | |
1 | Azərbaycan Beynəlxalq Bankı | 5 071,879 |
2 | Kapital Bank | 552,200 |
3 | Bank Standard | 521,387 |
4 | Xalg Bank | 504,264 |
5 | Texnikabank | 467,818 |
6 | Unibank | 352,949 |
7 | Bank Respublika | 347,848 |
8 | Paşa Bank | 308,376 |
9 | AccessBank | 307,373 |
10 | DəmirBank | 266,034 |
11 | AGBank | 239,551 |
12 | Nikoil Bank | 206,263 |
13 | AtaBank | 199,343 |
14 | Zamin Bank | 187,690 |
15 | Bank of Baku | 187,396 |
16 | YapıKredi Bank Azerbaijan | 153,492 |
17 | Muğan Bank | 150,429 |
18 | Bank of Azerbaijan | 146,479 |
19 | Royal Bank | 144,606 |
20 | Azərbaycan Sənaye Bankı | 130,639 |
21 | Turanbank | 109,938 |
22 | Rabitabank | 103,736 |
23 | Amrahbank | 101,811 |
24 | Parabank | 88,571 |
25 | Azərnəqliyyatbank | 71,317 |
26 | Kredo Bank | 64,992 |
27 | Azər-Türk Bank | 57,281 |
28 | Birlik Bank | 53,155 |
29 | NBCBank | 44,659 |
30 | Melli İran Bankı - Bakı | 42,644 |
31 | United Credit Bank | 42,080 |
32 | Bank Avrasiya | 40,744 |
33 | Gəncəbank | 38,894 |
34 | Atrabank | 37,209 |
35 | Qafqaz İnkişaf Bankı | 35,789 |
36 | Deka Bank | 32,434 |
37 | Günaybank | 31,390 |
38 | Azərbaycan Kredit Bankı | 28,941 |
39 | Kövsər Bank | 17,705 |
Cədvəldən göründüyü kimi, hazırda Azərbaycanda faktiki olaraq 46 bank kredit təşkilatı fəaliyyət göstərsə də, «APA-Economics»in renkinqində yalnız 39 bankın aktivləri əks olunub. Bu, digər bankların KİV-lə əməkdaşlıqdan imtina etməsi, maliyyə göstəricilərini təqdim etməməsi və digər subyektiv səbəblərlə bağlıdır.
Aktivlərin renkinqinə gəldikdə isə, gözlənildiyi kimi, ilk yeri Azərbaycan və regionun ən iri bank təşkilatı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) tutub. Əsasən dövlət mülkiyyətində (50,2%) olan bu bankın aktivlərinin durmadan artması bankın inkişafı, filial şəbəkəsinin geniş olması, əsas dövlət qurumlarına xidmət göstərməsi və s. obyektiv səbəblərlə əsaslandırılır. Bu gün Azərbaycanda yalnız ABB-nin aktivlərinin həcmi milyard manatla (təqribən 6,317 mlrd. ABŞ dolları) ölçülür.
Cədvəldən göründüyü kimi, yalnız 12 bankın aktivlərinin həcmi 200 mln. manat (01.01.2010-cu il vəziyyətinə - 249,097 mln. ABŞ dolları), 11 bankın aktivləri - 100 mln. manat (124,549 mln. ABŞ dolları), daha 5 bankın aktivlərinin həcmi isə 50 mln. manat (62,274 mln. ABŞ dolları) həddini üstələyib.