Bank Of Baku

«Parabank» daha üç pulköçürmə sisteminə qoşulur

«Parabank» daha üç pulköçürmə sisteminə qoşulur
# 25 fevral 2010 06:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» ASC mart ayının 1-dən etibarən «Asia Express», «Allyur» və «Zolotaya Korona» beynəlxalq pulköçürmə sistemi üzrə xidmətlərə başlayacaq.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bununla da bankın qoşulduğu pulköçürmə sistemlərinin ümumi sayı 9-a çatacaq.

Xatırladaq ki, hazırda «Parabank» ASC «Western Union», «Contact», «PrivatMoney», «Migom», CMT (Caspian Money Transfer) və «Bıstraya Poçta» təcili pulköçürmə sistemlərinin xidmətlərindən istifadə edir.

Təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 88,571 mln. manat, depozit portfeli 56,428 mln. manat, kredit portfeli 59,222 mln. manat, məcmu kapitalı 11,535 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,070 mln. manat olub. Bankın ölkə üzrə 15 filialı, 10 bankomatı və 126 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR