Bank Of Baku

«AzRe Təkrarsığorta» nizamnamə kapitalını artırır

«AzRe Təkrarsığorta» nizamnamə kapitalını artırır
# 25 fevral 2010 08:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AzRe Təkrarsığorta» ASC-nin səhmdarlarının ümumi yığıncağında şirkətin nizamnamə kapitalının həcminin 2,7 dəfə artırılaraq 10,860 mln. manata çatdırılması qərara alınıb. Bunu «APA-Economics»ə açıqlamsında şirkətin İdarə Heyətinin sədr müavini Vüsal Abbasov bildirib.

V.Abbasovun sözlərinə görə, səhmdarların yekun qərarına əsasən, nizamnamə kapitalının genişləndirilməsi şirkətin 2009-cu il ərzində əldə etdiyi bölüşdürülməmiş xalis mənfəət hesabına, səhmlərin nominal dəyərinin artırılması yolu ilə həyata keçiriləcək.

Qeyd edək ki, iclasda «AzRe Təkrarsığorta» ASC-nin 2009-cu ilin maliyyə hesabatları və 2010-cu ilin büdcəsi də təstiqlənib.

Xatırladırıq ki, Azərbaycan sığorta bazarında yeganə milli təkrarsığorta şirkəti olan «AzRe Təkrarsığorta» ASC 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 4 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR