Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı ötən il mənfəətini 32% artırıb

Azərbaycan Beynəlxalq Bankı ötən il mənfəətini 32% artırıb
# 25 fevral 2010 09:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivlərinin həcmi 2010-cu ilin yanvar ayının 1-nə 5 071,879 mln. manat təşkil edib ki, bu da 2008-ci ilin yekunu ilə müqayisədə 16,07% çoxdur.

ABB-nin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın depozit portfeli 20,49% azalaraq 1 997,558 mln. manat, kredit portfeli 33,69% artaraq 3 911,718 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 6,97% artaraq 335,460 mln. manat olub. Bu müddət ərzində bankın məcmu kapitalı 19,21% artaraq 498,989 mln. manat, o cümlədən nizamnamə kapitalı 26,49% artaraq 240 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən il bankın gəlirləri 3,56% artaraq 421,578 mln. manat, xərcləri isə 7,82% azalaraq 269,085 mln. manat olub. Nəticədə, bankın mənfəəti son bir ildə 32,37% artaraq 152,493 mln. manata çatıb. Bununla yanaşı, bank son bir ildə əlavə 1 filial açıb, həmçinin 8 POS-terminal quraşdırıb.

Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur. Cari ilin yanvar ayının 1-nə bankın 37 filialı, 587 bankomatı, 2 692 POS- terminalı, 1 240 işçisi və 886 292 (24 679 hüquqi, 861 613 fiziki şəxs) müştərisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR