Bank Of Baku

Azərbaycanda avronun məzənnəsi 9 aylıq minimuma düşüb

Azərbaycanda avronun məzənnəsi 9 aylıq minimuma düşüb
# 25 fevral 2010 09:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avronunun Azərbaycan manatına qarşı məzənnəsi fevralın 25-də 1,0824 manat təşkil edib və bununla da 2009-cu ilin may ayının ortalarında olan məzənnənin səviyyəsinə çatıb. «APA-Economics»in məlumatına görə, beləliklə, avronun məzənnəsi 9 aylıq minimumu təzələyib.

Sözügedən müddət ərzində avronun manata qarşı maksimal məzənnəsi isə ötən ilin noyabrın 26-da qeydə alınıb və 1,2130 manata bərabər olub:




Avronun məzənnəsinin Azərbaycanda bu dərəcədə dəyişkənliyinin əsas səbəbi onun dünya valyuta bazarlarında dollara qarşı müşahidə olunan dinamikası ilə bağlıdır. Belə ki, Azərbaycanda avro-dollar cütlüyün dinamikası manat-dollar deyil, məhz manat-avro cütlüyündə əksini tapır. Çünki ənənəvi olaraq dollar Azərbaycan iqtisadiyyatı üçün daha əhəmiyyətli rola malikdir və onun məzənnəsi daha mühüm əhəmiyyət kəsb edir. Təhlil olunan dövr ərzində dünyada avronun dollara qarşı dinamikası yuxarıda qeyd olunan dinamikaya tam uyğundur:




Qeyd edək ki, həmin müddət ərzində dolların manata qarşı məzənnəsinin dinamikası tam sabitlik nümayiş etdirib:


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR