Bank Of Baku

Apreldə «Royal Bank»ın səhmdarlarının iclası keçiriləcək

Apreldə «Royal Bank»ın səhmdarlarının iclası keçiriləcək
# 25 fevral 2010 10:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin aprel ayının 7-də «Royal Bank» ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

Bankın Bakıdakı baş ofisidnən «APA-Economics»ə verilən məlumata görə, iclasda bankın Müşahidə Şurası və İdarə Heyətinin tərkibi haqqında, həmçinin bank tərəfindən yeni səhmlərin buraxılması və bankın 2009-cu ilin hesabatı ətrafında müzakirələr aparılacaq.

Qeyd edək ki, əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» ASC Azərbaycanda 1993-cü ildə «OZ Bank» kimi yaradılıb. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 144,606 mln. manat, depozit portfeli 63,746 mln. manat, kredit portfeli 103,598 mln. manat, məcmu kapitalı 21,215 mln. manat, o cümlədən nizamnamə kapitalı 20,622 mln. manat təşkil edib. Bankın ölkə üzrə 31 filialı, 8 mübadilə məntəqəsi, 31 bankomatı və 104 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR