Bank Of Baku

«AtaBank» GPRS tipli POS-terminalların tətbiqinə başlayır

«AtaBank» GPRS tipli POS-terminalların tətbiqinə başlayır
# 25 fevral 2010 12:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaBank» ASC bu il ərzində GPRS tipli POS-terminallar quraşdırmağa başlayacaq. Bunu «APA-Economics»ə açıqlamasında bankın Plastik kartlar Departamnetinin direktoru Teymur Axundov bildirib.

T.Axundovun sözlərinə görə, bu cür POS-terminallar Bakıda dövriyyəsi daha çox olan ticarət obyektlərində quraşdırılacaq. İlkin olaraq 15 analoji POS-terminalın quraşdırılması planlaşdırılır. Bunların qiyməti adi POS-terminallarla müqayisədə 300-400 manat bahadır. Yeni POS-terminallar yaxın günlərdə Azərbaycana gətiriləcək.

T.Axundov həmçinin bank tərəfindən GPRS tipli bankomatların da quraşdırıalcağını qeyd edib: «Hazırda «AzeriCard» Prosessinq Mərkəzi tərəfindən GPRS tipli ATM-lər testləşdirilir».

Qeyd edək ki, «AtaHolding»ə daxil olan «AtaBank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 199,343 mln. manat, kredit portfeli 127,388 mln. manat, depozit portfeli 166,837 mln. manat, məcmu kapitalı 25,130 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat təşkil edib. Bankın ölkə üzrə 17 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR