Bank Of Baku

«Unibank» Beynəlxalq Qadınlar günü bağlı yeni kampaniyaya başlayır

«Unibank» Beynəlxalq Qadınlar günü bağlı yeni kampaniyaya başlayır
# 25 fevral 2010 13:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Unibank» ASC 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə bayram kampaniyasına başlayır.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu ilin mart ayının 1-dən 15-dək bankın xidmət şəbəkəsi xanımlara göstərdiyi bütün xidmətlər üzrə bütöv güzəştlər dəstəsindən istifadə etməyi təklif edir.
Belə ki, avtokreditləşdirilmə üzrə qadın proqramının əsas fərqli cəhəti faiz dərəcələrinin illik 20%-ə qədər azaldılması və kreditləşdirilmə dövrünün 3 ildən 5 ilə qədər artırılması olub. Bu kampaniya çərçivəsində xüsusi olaraq qadınlar üçün kreditlə alınan avtomobil üzrə ilkin ödəniş onun dəyərinin 20%-nə qədər endirilir. Müstəsna olaraq qadın auditoriyası üçün nəzərdə tutulan güzəşt şərtlərinin sırasına avtomobilin kreditlə alınması zamanı bank komissiya haqlarının olmamasını da aid etmək olar.
Depozit proqramları çərçivəsində hər bir yeni müştəri qadına «Unibank» bütün əmanətlərin qüvvədə olan dərəcələrə əlavə olaraq illik 1% təklif edir. Bu zaman güzəştli kredit dərəcələrlə kredit xəttinin açılması da nəzərdə tutulur.
Plastik kartlarla kreditlər cəlb edən qadınlar üçün isə bank illik 24%-ə bərabər olan eksklüziv faiz dərəcəsi tətbiq edəcək. Bundan əlavə, aksiyanın qüvvədə olduğu dövrdə, avtomobil sahiblərinin sıralarına daxil olmaq istəyən və «Unibank»ın kredit kartlarını almış bütün xanımlara MBASK şirkətinin bədbəxt hadisələrdən sığorta polisləri hədiyyə olunacaq.
Güzəştlər dəstəsinə həmçinin prestijli «Viza Gold» və «Mastercard Gold», habelə «Viza Platinum» və «Mastercard Platinum» plastik kartları daxildir. Onları pulzus əldə edən müştərilər özlərini dünyanın ən yaxşı pərakəndə ticarət şəbəkələrində, o cümlədən ən məşhur və bahalı otellərdə, restoranlarda, avtosalonlarda və klublarda güzəştlər əldə edəcəklər. Bundan əlavə, «Unibank»ın xidmət şəbəkəsində pul köçürmələrini rəsmiləşdirən xanımlara sığorta depoziti açılması olmadan, «Viza Classic» və ya «Mastercard Standard» plastik kartları hədiyyə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR