Bank Of Baku

«Omni Finance» martın 1-dən BFB-da yeni istiqraz emissiyasının yerləşdirilməsinə başlayacaq

«Omni Finance» martın 1-dən BFB-da yeni istiqraz emissiyasının yerləşdirilməsinə başlayacaq
# 25 fevral 2010 15:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin martın 1-dən etibarən Bakı Fond Birjasında (BFB) «Omni Finance» bank olmayan kredit təşkilatının təmin edilmiş, faizli adlı sənədsiz istiqrazlarının yerləşdirilməsinə başlanacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, istiqrazların ümumi sayı 500 ədəd, bir istiqrazın nominal qiyməti 1 000 manat, emissiyanın ümumi həcmi isə 500 min manat təşkil edir. İstiqrazların yerləşdirilməsində anderrayter rolunda «Texnika Kapital Menecment» MMC çıxış edir. Sözügedən qiymətli kağızların tədavül müddəti 365 gün, gəlirlilik isə 14% təşkil edir.

Qeyd edək ki, sonuncu dəfə «Omni Finance» analoji məbləğdə istiqrazlarını ötən ilin dekabr ayında yerləşdirilməsinə başlayıb və artıq emissiya uğurla yerləşdirilib.

Xatırladaq ki, təsisçisi 3 yerli fiziki şəxs olan «Omni Finance» MMC 2003-cü ildə dövlət qeydiyyatından «Mikromaliyyə» MMC kimi keçib. Ötən ilin oktyabr ayından etibarən təşkilat adını dəyişib. Hazırda şirkətin Beyləqan, Ağcabədi və Sumqayıt filialları fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə qurumun nizamnamə kapitalının həcmi 150 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR