Bank Of Baku

Elman Rüstəmov: «Azərbaycanın valyuta ehtiyyatlarının strukturunda radikal dəyişikliklər üçün zərurət yoxdur»

Elman Rüstəmov: «Azərbaycanın valyuta ehtiyyatlarının strukturunda radikal dəyişikliklər üçün zərurət yoxdur»
# 26 fevral 2010 09:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın valyuta ehtiyyatlarının strukturunda hər hansı radikal dəyişikliyin aparılmasına fundamental amil yoxdur. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, ümumiyyətlə, həm Azərbaycan hökuməti, həm də AMB ölkənin valyuta ehtiyyatlarının strukturu haqqında düşünür: «Bu məsələ AMB-də müzakirə olunur ki, valyuta ehtiyyatları strukturunun dəyişilməsi qlobal iqtisadiyyatda baş verən proseslərlə əlaqədardır və situasiya daim izlənilir. Valyuta ehtiyyatlarının həm valyuta strukturunda, həm də investisiya strukturunda hər hansısa dəyişikliklər üçün fundamental amil yoxdur».

Xatırladaq ki, Azərbaycanın valyuta ehtiyatlarının ümumi həcmi 2010-cu ilin əvvəlinə 20 mlrd. ABŞ dolları təşkil edib. Bunun 50%-i dollar, 40%-i avro, 5%-i funt sterlinq, qalanı isə digər valyutalarda saxlanılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR