Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı: Bank sektorunun sabitliyi bu il də saxlanacaq

Azərbaycan Mərkəzi Bankı: Bank sektorunun sabitliyi bu il də saxlanacaq
# 26 fevral 2010 09:40 (UTC +04:00)
Onun sözlərinə görə, hazırda AMB ölkədə fəaliyyət göstərən bankların problemli borclarına dair mexanizmin hazırlanması haqqında düşünür ki, müəyyən stress-testlər aparılır: «Bu gün ölkənin bank sektorunda situasiya nəzarət altındadır. Bankların həm kapitallaşma, həm də likvidlik səviyyəsi kifayət qədər yüksəkdir. Biz ayrı-ayrı banklarla işləyirik və apardığımız stress-testlər onu göstərir ki, 2010-cu ildə də Azərbaycanın bank sektorunun sabitliyi qorunub saxlanacaq».

Ölkənin baş bankiri onu da qeyd edib ki, bank sektorunun vəziyyətinin bir qədər pisləşməsinə qlobal maliyyə böhranı səbəb olub. Böhranın ikinci dalğasından Azərbaycana daha çox təsir etməsi ilə razılaşmayan E.Rüstəmov bildirib ki, böhran qurtarmayıb və prosseslər hələ davam edir: «Hazırda böhran prossesləri davam edir ki, bu, Azərbaycana da müəyyən təsir göstərir. Lakin bizim kifayət qədər makroiqtisadi göstəricilərimizin olması bu təsiri minimuma endirməyə imkan yaradır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR