Bank Of Baku

Azərbaycanda bank aktivlərinin həcmi yenidən azalıb

Azərbaycanda bank aktivlərinin həcmi yenidən azalıb
# 26 fevral 2010 09:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının aktivlərinin həcmi 2010-cu ilin fevral ayının 1-nə 11 587,39 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 1 504,29 mln. manat və ya 15% çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvarında bu göstərici 77,78 mln. manat və ya 0,7% azalıb.

Aktivlərin strukturuna gəldikdə, müştərilərə verilən kreditlərin həcmi fevralın 1-nə 7 969,64 mln. manat (xüsusi çəkisi 68,78%), müxbir hesablar 851,24 mln. manat (7,35%), investisiyaların həcmi 851,24 mln. manat (7,35%), nağd vəsaitlər 436,10 mln. manat (3,76%), maliyyə sektoruna verilmiş kredit və depozitlərin həcmi 533,85 mln. manat (4,61%), digər aktivlər isə 997,36 mln. manat (8,61%) təşkil edib.

Kommersiya banklarının passivlərinin 82,88%-i (9 603,60 mln. manat) öhdəliklərin payına düşür. Öhdəliklərin strukturunda 4 192,16 mln. manatı depozitlər, 4 508,60 mln. manatı maliyyə sektorundan alınmış kredit və depozitlər, 902,84 mln. manatı digər öhdəliklər təşkil edib. Bankların məcmu kapitalı isə fevralın 1-nə 1 983,79 mln. manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR