Bank Of Baku

«Bank Standard»ın «Uduşlu pul köçürməsi» aksiyasının ikinci tirajının qalibi müəyyənləşib

«Bank Standard»ın «Uduşlu pul köçürməsi» aksiyasının ikinci tirajının qalibi müəyyənləşib
# 26 fevral 2010 10:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Bank Standard» QSC-nin «Uduşlu pul köçürməsi» aksiyasının ikinci tirajının qalibi müəyyən edilib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, qalib bankın «Elm» filialının müştərisi Yaqub Mahmudov 106 sm (42 düym) diaqonallı, mayekristal ekranlı televizora sahib olub.

Qalib şəxs öz uduşunu təhvil almaq üçün «Bank Standard»ın Bakı şəhəri, Azərbaycan prospekti, 4 ünvanında yerləşən baş ofisinə müraciət etməlidir.

Xatırladaq ki, «Bank Standard»da istənilən təcili pul köçürmə sistemi ilə azı 1000 dollar, 1000 avro və ya 30 000 rubl məbləğdə hər pul köçürməsi bu aksiyada iştirak etmək üçün bir şans verir. Lotereya şanslarına məhdudiyyət qoyulmur. Lotereyanın növbəti üçüncü tirajı Novruz bayramından sonra keçiriləcək.

«AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 17 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR