Bank Of Baku

IFC Azərbaycan banklarının yüksək vəzifəli şəxsləri üçün məşğələ keçirib

IFC Azərbaycan banklarının yüksək vəzifəli şəxsləri üçün məşğələ keçirib
# 26 fevral 2010 10:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC), «Pricewaterhouse Coopers» təşkilatı və Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin 30 maliyyə institutunun yüksək vəzifəli şəxsləri üçün bir günlük birgə məşğələ keçirib.

IFC-nin Azərbaycan nümayəndəliyindən «APA-Economics»ə verilən məlumata görə, seminar maliyyə böhranının təsirindən qurtarmaq üçün yerli bankların və şirkətlərin gücləndirilməsinə yönəldilmiş IFC-nin böhrana cavab təşəbbüsünün bir hissəsidir. Təlim zamanı yeni kreditlərin verilməsini təşviq etmək üçün problemli aktivlərin ötürülməsi, o cümlədən portfelin idarə edilməsi məsələləri müzakirə olunub.

«Bu gün bank sektorunun ən əsas problemi aktivlərin qeyri-effektiv idarə edilməsi ilə bağlıdır. IFC Azəbaycan banklarına ümidsiz kreditlərin həllinə dair qabaqcıl beynəlxalq təcrübəni qəbul etməyə kömək edəcək. Sonradan bu üsullar həmçinin maliyyə böhranından qurtarmaq istəyən Avropa və Orta Asiya regionunun digər ölkələrində də tətbiq edilə bilər», - deyə IFC-nin Maliyyə bazarlarının böhrana cavabı Layihəsinin rəhbəri Qart Bedford bildirib.

Qeyd edək ki, Maliyyə bazarlarının böhrana cavabı Layihəsinin icrasına 2009-cu ilin avqust ayında regiondakı maliyyə institutlarına böhrandan qurtarmağa kömək etmək üçün başlanılıb. Layihə çərçivəsində banklarda ümidsiz kreditlərin həllinə dair strategiyalar yaratmaqla yeni kreditləşmə təcrübəsini təşviq etmək üçün iştirakçıların sayı təxminən 360 nəfər olan artıq 10 seminar keçirilib. IFC-nin ekspertləri həmçinin ətraflı təhlil aparmaqla 7 banka kredit risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsinə dair məsləhətlər verib və tövsiyələri yerinə yetirilmək üçün onlara köməklik göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR