Bank Of Baku

Azərbaycanda pul kütləsinin həcmi yanvarda 4% azalıb

Azərbaycanda pul kütləsinin həcmi yanvarda 4% azalıb
# 26 fevral 2010 11:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2010-cu ilin fevral ayının 1-nə 8 143,8 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, yanvar ayı ərzində M3 aqreqatın həcmi 3,8% azalıb. Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.

Pul kütləsinin M2 aqreqatı isə 2010-cu ilin yanvar ayı ərzində 5,4% azalaraq 5 837,7 mln. manata düşüb:

(mln. AZN)

 

01.02.2009

01.01.2010

01.02.2010

M0 (nağd pullar)

3 896,1

4 174,8

3 972,8

M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər)

4 727,4

5 239,8

4 857,2

M2 (Nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər)

5 594,7

6 169,2

5 837,7

M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər)

8 009,3

8 469,2

8 143,8



Cari ilin fevralın 1-nə nağd pulun manat pul kütləsində (M2 aqreqatı) xüsusi çəkisi 68,05% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün analoji göstəricisindən 0,3 faiz bəndi çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR