Bank Of Baku

Azərbaycan əhalisi son bir ildə bank əmanətlərini 30% artırıb

Azərbaycan əhalisi son bir ildə bank əmanətlərini 30% artırıb
# 26 fevral 2010 12:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında əhali tərəfindən yerləşdirilmiş əmanətlərin ümumi həcmi son bir il ərzində 550,6 mln. manat və ya 30% artaraq 2010-cu ilin fevral ayının 1-nə 2 385,8 mln. manata çatıb. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, əmanətlərin 1 890,2 mln. manatı və ya 79,2%-i müddətli, qalan hissəsi isə tələb olunanadək olan depozitlərin payına düşür.

Valyuta strukturunda isə manat depozitlərin xüsusi çəkisi 41,3% təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2009-cu ilin fevralın 1-nə bu göstərici 50,9%-ə bərabər olub.

Qeyd edək ki, il ərzində valyutada olan müddətli əmanətlərin həcmi 1,6 dəfə artaraq 1,4 mlrd. manata çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR