Bank Of Baku

Azərbaycan bankların mənfəəti kəskin azalıb

Azərbaycan bankların mənfəəti kəskin azalıb
# 26 fevral 2010 12:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının 2010-cu ilin yanvar ayı ərzində əldə etdiyi mənfəətin (vergi ödənilənədək) həcmi 15,68 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin yanvar göstəricisi ilə müqayisədə mənffətin həcmi 39,63 mln. manat və ya 3,5 dəfə azalıb.

Yanvar ayının yekunlarına görə, aktivlər üzrə xüsusi ehtiyatlara ayırmalar (22,95 mln. manat) nəzərə alınmaqla, bankların məcmu mənfəətinin həcmi 38,63 mln. manata bərabər olub ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 30,71 mln. manat və ya 44,3% azdır.

Hesabat ayında bankların faiz gəlirləri 91,37 mln. manat, faiz xərcləri 42,54 mln. manat təşkil edib. Nəticədə, xalis faiz mənfəəti 48,83 mln. manata bərabər olub. Eyni zamanda, bankların qeyri-faiz gəlirləri 20,46 mln. manat, qeyri-faiz xərcləri isə 30,69 mln. manat təşkil edib ki, bunun nəticəsində qeyri-faiz əməliyyatları üzrə 10,23 mln. manata bərabər xalis zərər yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR