Bank Of Baku

«AtaBank» Visa plastik kartlarının dizaynını dəyişəcək

«AtaBank» Visa plastik kartlarının dizaynını dəyişəcək
# 26 fevral 2010 12:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaBank» ASC bu il ərzində «Visa Elestron» plastik kartlarının dizaynını şaquli tipli kartlara dəyişəcək.

Bankın Plastik kartlar Departamentinin direktoru Teymur Axundovun «APA-Economics»ə verdiyi məlumata görə, bu növ kartlar dizayn dəyişildikdən sonra «Visa Electron Vertical» adlanacaq: «Kartların dizaynının dəyişməsinə əsas səbəb bankın müştərilərinin şaquli tipli kartlara üstünlük verməsi səbəb olub. Cari ilin sonunadək 13 minə yaxın «Visa Electron Vertical» plastik kartı buraxılacaq».

Qeyd edək ki, «AtaBank» MDB-də ilk dəfə olaraq Visa beynəlxalq ödəniş sisteminin şaquli plastik kartlarını emissiya edib. Kartın üzərindəki təsvir və bütün məlumatlar şaquli göstərilir.

Xatırladaq ki, «AtaBank» Visa beynəlxalq ödəniş sisteminin 2004-cü ildə assosiativ üzvü, 2006-cı ildə isə prisipial üzvü olub.

«AtaHolding»ə daxil olan «AtaBank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 199,343 mln. manat, depozit portfeli 166,837 mln. manat, kredit portfeli 127,388 mln. manat, məcmu kapitalı 25,130 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat olub. Bankın hazırda 18 filialı, 50 bankomatı, 289 POS-terminalı və 268 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR