Bank Of Baku

Dünyanın ən bahalı küçələrinin adı açıqlanıb

Dünyanın ən bahalı küçələrinin adı açıqlanıb
# 26 fevral 2010 12:55 (UTC +04:00)
Bakı – APA-Economics. Dünyanın ən bahalı küçələrinin siyahısı açıqlanıb. “APA-Economics”in məlumatına görə, reytinq cədvəli “Cushman & Wakefield” beynəlxalq daşınmaz əmlak agentliyi tərəfindən tərtib olunub.

Siyahının ilk pilləsinə ABŞ-ın Nyu-York şəhərinin 5th Avenue küçəsi başçılıq edir. Burada bir dükanın kirayə qiyməti hər kvadrat metrinə 13 min avro təşkil edir.

İkinci yerdə Çinin Honq Konq şəhərinin Causeway Bay küçəsi gəlir – 11 min avro.

Dünyanın üçüncü ən nüfuzlu alış-veriş məkanı olan Parisin Champs Elysées küçəsi həm də Avropanın ən bahalı küçəsi sayılır. Burada dükan icarə edənlər hər kvadrat metr üçün 7 min avro ödəməlidirlər.

Milanın Via Montenapoleone küçəsi 6800 avroluq göstərici ilə dördüncü pillədə qərarlaşıb.

İlk beşliyi böyük ticarət mərkəzləri, texnoloji marketləri və teatr salonları ilə tanınan Yaponiyanın Ginza küçəsi tamamlayır – 5 min avro.

Altıncı və yeddinci yerlərdə gələn İngiltərə paytaxtının New Bond street və İsveçrənin Sürix şəhərinin Bahnhofstrasse küçələrində dükan kirayələmək istəyənlər də 5 min avrolarından keçməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR