Bank Of Baku

Azərbaycandakı bankların xarici öhdəlikləri artır

Azərbaycandakı bankların xarici öhdəlikləri artır
# 26 fevral 2010 13:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 57,6 mln. manat və ya 2,8% azalaraq 2010-cu ilin fevral ayının 1-nə 1 976,9 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici 2010-cu ilin yanvar ayında 44,6 mln. manat və ya 2,3% artıb.

Bankların xarici öhdəliklərinin dinamikası ardıcıl son 4 ay ərzində artım nümayiş etdirir. Belə ki, ötən ilin yanvar-sentyabr ayları ərzində dünya maliyyə böhranı ilə əlaqədar bankların xarici öhdəliklərinin 251,7 mln. manat azaldığı halda, sonrakı dövrdə 180,1 mln. manat həcmində artım müşahidə olunub ki, bu da ilk növbədə Azərbaycan banklarının xarici bazarlarda fəallığının bərpasının əsas əlamətidir.

Bankların məcmu xarici aktivlərinin həcmi 2010-cu ilin fevralın 1-nə 1 276,5 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,8 mln. manat və ya 1% çoxdur. Bu göstərici yanvar ayında 2,8 mln. manat və ya 0,2% artıb.

Beləliklə, Azərbaycandakı kommersiya banklarının xarici öhdəlikləri məcmu xarici aktivlərini 700,4 mln. manat və 55% üstələyir. Müqayisə üçün bildirək ki, 2009-cu ilin əvvəlində bu nisbət 868,8 mln. manat və ya 70% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR