Bank Of Baku

Azərbaycanın hasilat sənayesində ödənişlər üzrə XII hesabatın auditini «Moore Stephens» şirkəti keçirəcək

Azərbaycanın hasilat sənayesində ödənişlər üzrə XII hesabatın auditini «Moore Stephens» şirkəti keçirəcək
# 26 fevral 2010 14:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun iclası keçirilib. Bu barədə «APA-Economics»ə ARDNF-in mətbuat xidmətindən məlumat verilib.

İclasda Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin hökumətə ödənişləri və Azərbaycan hökumətinin yerli və xarici şirkətlərdən daxiolmaları barədə növbəti – XII hesabat mərhələsi üzrə hesabatlarını (2009-cu illik) tutuşduraraq təhlil edəcək audit şirkətinin seçilməsi məqsədilə keçirilən müsabiqənin nəticələri müzakirə olunub. Çoxtərəfli Qrup auditin «Moore Stephens» şirkəti tərəfindən keçirilməsinə qərar verib.

Qeyd edək ki, MHŞT-nin Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumuna uyğun olaraq, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq miqyasda tanınmış 4 nüfuzlu audit şirkətinə («Deloitte», «PricewaterhouseCoopers», «Ernst & Young» və «Moore Stephens») müsabiqədə iştirakla bağlı dəvətlər göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR