Bank Of Baku

Azərbaycanda kredit qoyuluşları son bir ildə 17% artıb

Azərbaycanda kredit qoyuluşları son bir ildə 17% artıb
# 01 mart 2010 07:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları və qeyri-bank kredit təşkilatları tərəfindən verilən kreditlərin həcmi 2010-cu ilin fevral ayının 1-nə 8 431,2 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 229,9 mln. manat və ya 17% çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvarında kredit qoyuluşlarının həcmi 23,7 mln. manat və ya 0,3% artıb.

Kredit qoyuluşlarının iqtisadiyyatın sahələri üzrə strukturunda əsas hissəni ev təsərrüfatlarına (istehlak kreditləri) və ticarət və xidmət sektoruna verilən kreditlər təşkil edib. Belə ki, ev təsərrüfatlarının payına ümumi kredit portfelinin 27,5%-i, ticarət və xidmət sektorunun payına isə 21,8%-i düşür. İstehlak kreditlərinin xüsusi çəkisi son bir ildə 4,6 faiz bəndi, ticarət və xidmətin xüsusi çəkisi də 2,7 faiz bəndi azalıb. Bu proseslə paralel olaraq real iqtisadiyyata, o cümlədən istehsala aid olan sektorlara kredit qoyuluşlarının həcmləri və xüsusi çəkiləri artırıb. Belə ki, energetika, kimya və təbii ehtiyatlar sektoruna verilən kreditlərin həcmi son bir ildə 1,8 dəfə artaraq 1,520 mlrd. manata çatıb ki, bu bölmənin xüsusi çəkisi 11,9%-dən 18%-dək artıb. Bundan başqa, digər sahələr üzrə həcmlərin bu xüsusi çəkilərinin də artımı müşahidə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR