Bank Of Baku

«Bank Standard» daha bir pulköçürmə sisteminə qoşulub

«Bank Standard» daha bir pulköçürmə sisteminə qoşulub
# 01 mart 2010 08:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gündən etibarən Azərbaycanın «Bank Standard» ASC-nin müştəriləri «Lider» beynəlxalq pulköçürmə sisteminin də mətlərindən istifadə edə bilər.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu sistem MDB məkanı, Baltikyanı dövlətlər, ABŞ, Böyük Britaniya, İsveçrə, Portuqaliya, Türkiyə, İsrail və Çini əhatə edir. Adı çəkilən sistem üzrə pul köçürmələri dollar, avro və rublda həyata həyata keçirilir. «Sistemin üstünlükləri arasında əməliyyatın sürəti, geniş əhatə dairəsi, köçürmənin təhlükəsizliyi və göndərilən məbləğin sadəcə 2%-ni təşkil edən əlverişli komisyon haqqı qeyd oluna bilər», - deyə bankdan bildirilib.

Qeyd edək ki, bununla da bankın qoşulduğu təcili pulköçürmə sistemlərinin ümumi sayı 9-a çatıb. Xatırladaq ki, «Lider» sistemindən başqa, bankda «Western Union», «Bıstraya Poçta», «Contact», «Migom», «XpressMoney», «Faster», «Zolotaya Korona» və «Privat Money» sistemləri üzrə də xidmətlər göstərilir.

«AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 17 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR