Bank Of Baku

«Kapital Bank»ın əsas maliyyə göstəriciləri ötən il azalıb

«Kapital Bank»ın əsas maliyyə göstəriciləri ötən il azalıb
# 01 mart 2010 08:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kapital Bank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin yanvar ayının 1-nə 552,20 mln. manat təşkil edib ki, bu da 2008-ci ilin yekunları ilə müqayisədə 4,40% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın depozit portfelinin həcmi 47,96% azalaraq 250,80 mln. manat, kredit portfeli 9,47% azalaraq 331,20 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 14,24% artaraq 71,50 mln. manat təşkil edib. Bu müddət ərzində bankın məcmu kapitalı 9,89% azalaraq 64,80 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 24 mln. manat olub.

Qeyd edək ki, 2009-cu il ərzində bankın gəlirləri 18,63% artaraq 68,70 mln. manata, xərcləri isə 18,52% artaraq 63,90 mln. manata çatıb. Nəticədə, ötən il ərzində bankın mənfəəti 17,68% artaraq 4,80 mln. manat olub.

Xatırladaq ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «Paşa Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) çıxış edir. Bankın ölkə üzrə 89 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR