Bank Of Baku

Azərbaycan Nazirlər Kabineti iri dövlət vergi ödəyiciləri üzrə aparılacaq monitorinqin qrafikini təsdiqləyib

Azərbaycan Nazirlər Kabineti iri dövlət vergi ödəyiciləri üzrə aparılacaq monitorinqin qrafikini təsdiqləyib
# 01 mart 2010 09:49 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının icrası üzrə 2010-cu ildə aparılacaq monitorinqin qrafiki»ni təsdiq edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.
Qrafikə əsasən, cari ilin aprel ayında «Azərbaycan Hava Yolları» QSC, may ayında «Azərenerji» ASC və «Azərsu» ASC üzrə I rübü əhatə edən, iyul ayında «Bakıelektrikşəbəkə» ASC üzrə birinci yarımili, sentyabr ayında Dövlət Xəzər Dəniz Gəmiçiliyi üzrə birinci yarımilli, oktyabr ayında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 9 ayı, noyabr ayında ARDNŞ və «Azərbaycan Dəmir Yolları» QSC üzrə 9 ayı, dekabrda isə «Azərikimya» Dövlət Şirkəti üzrə cari ilin 9 ayı üzrə monitorinq keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR